Xəzər Xəbər

Poroşenko: Ukrayna hakimiyyəti son illərdə heç də az olmayan taktiki səhvlər edib

Dünya | 13:34 • 20 Sentyabr 2018
Poroşenko: Ukrayna hakimiyyəti son illərdə heç də az olmayan taktiki səhvlər edib

Ukrayna hakimiyyəti son illərdə heç də az olmayan taktiki səhvlər edib, lakin strateji səhvdən söhbət gedə bilməz.

Bu fikri Ali Radanın iclasında ölkənin daxili və xarici siyasətinə dair illik hesabatı zamanı Ukrayna Prezidenti Petro Poroşenko söyləyib. Bildirib ki, buraxılan taktiki səhvlərə görə Prezident kimi məsuliyyət daşıyır: "Bizim məqsədimiz Ukraynanı Avropanın güclü və uğurlu ölkəsinə çevirməkdir”.

P.Poroşenko əminliyini ifadə edərək deyib ki, Avro-Atlantik yol Ukraynanın müstəqilliyinin, təhlükəsizliyinin, inkişafının qarantıdır. Ukrayna 2014-cü ildən öz yolunu seçib. Bu yol Avropa İttifaqı, NATO yoludur.

Prezident deputatları bu gün Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasına dair Konstitusiyaya dəyişikliklərə səs verməyə çağırıb./Azərtac

Xəbər lenti