Xəzər Xəbər

Orxan Səfərov "Bakı-2018"də təsəlliverici görüşlərə qatıla bilər

İdman | 13:09 • 20 Sentyabr 2018
Orxan Səfərov "Bakı-2018"də təsəlliverici görüşlərə qatıla bilər

Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı davam edir.

Orxan Səfərov 1/4 finalda "Bakı-2015" ilk Avropa Oyunlarının bürünc medalçısı, Avropa çempionu gürcüstanlı Amiran Papinaşvili ilə qarşılaşıb. Görüşdə rəqib ipponla qalib gəlib.

O.Səfərovun təsəlliverici görüşlərə qatılması gözlənilir.

***

Orxan Səfərov dünya çempionatında növbəti qələbəsini qazanıb.

Madaqaskar cüdoçusu Abdou Bin Nazirə qalib gələn idmançımız növbəti mərhələdə "Bakı-2015" ilk Avropa Oyunlarının bürünc medalçısı, Avropa çempionu gürcüstanlı Amiran Papinaşvili ilə görüşdə gücünü sınayacaq.

***

Çüdoçumuz Orxan Səfərovun (60 kq) Bakı mundialında növbəti rəqibi müəyyənləşib.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi 1/16 finalda Madaqaskar təmsilçisi Abdou Bin Nazir ilə qarşılaşacaq.

***

Çüdoçumuz Orxan Səfərov (60 kq) ilk görüşünü qələbə ilə başa vurub.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan O.Səfərov 1/32 finalda monqolustanlı Amartuvşin Bayaraanı məğlub edib. Növbəti mərhələdə idmançımız Edvin Sello (Botsvana)-Abdou Bin Nazir (Madaqaskar) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər lenti