Xəzər Xəbər

Saat 12-dək 3189 nəfər qan verib

Cəmiyyət | 12:45 • 20 Sentyabr 2018
Saat 12-dək 3189 nəfər qan verib
Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyası davam edir.


Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, saat 12:00-a kimi 3189 nəfər qan verib.


Onun sözlərinə görə, hələlik 435 litr qan yığılıb. Günün sonunda ətraflı məlumat veriləcək.

Xəbər lenti