Xəzər Xəbər

Qarabağ" - "Arsenal" oyunu - Biletlər artıq satışdadır

İdman | 11:48 • 20 Sentyabr 2018
Qarabağ" - "Arsenal" oyunu - Biletlər artıq satışdadır
"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılıb.


UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ” oktyabrın 4-də İngiltərənin "Arsenal” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletləri bu gündən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.


Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop (Park Bulvar)
"İticket" kassaları
Sumqayıt şəhəri (ASAN xidmət)
"28 Mall"
"Gənclik Mall"

Qeyd edək ki, stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.

Xəbər lenti