Xəzər Xəbər

Kürdəmir sakini qətlə yetirilib - VİDEO

Veb TV | 20:15 • 19 Sentyabr 2018
Kürdəmir sakini qətlə yetirilib -

Kürdəmirdə qətl hadisəsi baş verib.


Xezerxeber.az-ın məlumatına görə, sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov qısqanclıq zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.


Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.


M.Əhmədov polis tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi "Girsan” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti