Xəzər Xəbər

Qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs yaxalanıb - VİDEO

Veb TV | 20:12 • 19 Sentyabr 2018
Qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs yaxalanıb -

Sumqayıt şəhərində qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, şəhər sakini olan bir qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədə naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağısını qopararaq hadisə yerindən qaçdığını bildirib. Polis əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb. Məmməd Vəliyevin ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə onun başqa cinayətlərinin də üstü açılıb. Belə ki, onun müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub. İstintaq zamanı onun qadınlara ümumilikdə 2 min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən Məmməd Vəliyevin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti