Xəzər Xəbər

Bağçalara və xəstəxanalara ərzaq verilib - VİDEO

Veb TV | 20:06 • 18 Sentyabr 2018
Bağçalara və xəstəxanalara ərzaq verilib -

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC bağçalara və xəstəxanalara dövlət sifarişi ilə ərzaq məhsullarının çatdırılmasını davam etdirir.

Xezerxeber.az-ın məlumatına görə, bu dəfə isə Cəmiyyət tərəfindən Mingəçevirdə fəaliyyət göstərən bağçalara yeni kəsilmiş heyvan əti, kartof, çuğundur, kələm və digər məhsullar paylanılıb. Qeyd edilib ki, bütün məhsullar yerli istehsaldır. Bildirilib ki, Mingəçevir şəhəri üzrə uşaq bağçalarına 2017-ci ildə 576 ton, 2018-ci ildə isə 311 ton ərzaq təminatı həyata keçirilib. Ümumilikdə isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün ölkə üzrə 1865 sayda təchizat nöqtəsi yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti