Xəzər Xəbər

Bakıda bir yolda 30-dan çox "tramplin" - sürücülər narazıdır - VİDEO

Veb TV | 18:35 • 18 Sentyabr 2018
Bakıda bir yolda 30-dan çox "tramplin" -

Bakıda yolun hərəkət hissəsinə qanunsuz quraşdırılan 30-dan çox süni məneələr səbəbindən sürücülər problemlə qarşılaşmalı olurlar. Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətinə alternativ olan yolda belə maneələr yaxınlıqda yaşayan sakinlər tərəfindən quraşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, uzunluğu təxminən 1 kilometrdən çox olan bu yolda sürcülər hər 10-15 metrdən bir dayanıb, sonra yollarına davam etməli olurlar. Səbəb isə yolun hərəkət hissəsinə 30-dan çox süni maneələrin, yəni trampilinlərin quraşdırlmasıdır.

Söhbət payaxtın Babək prospektindən, Şərq küçəsi və Şamil Kamilov küçəsi ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətinə gedən alternativ yoldan gedir. Ərazidə yaşayan bəzi sakinlər müsahibə verməslər də, şifahi olaraq bildirdilər ki, onlar bu süni maneələri avtomobillərin sürətlə hərəkət etməsinin qarşısını almaq üçün quraşdırıblar. Sürücülər isə yoldan istifadə edən zaman süni maneələrin avtomobillər üçün problemlər yaratdığını bildirirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər"ə bildirdi ki, həmin yolda süni maneələr vətəndaşlar tərəfindən qanunsuz olaraq quraşdırlıb. Yol polisi əməkdaşları əraziyə baxış keçirəcək və həmin süni maneələr sökülərək yolda sürücülərin avtomobilləri sürətlə sürməsinin qarşısını almaq üçün daha müasir avadanlıqlar quraşdırlacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti