Xəzər Xəbər

Orijinal məhsulu saxtadan ayırmaq mümkün olacaq - Azərbaycanlı startapçılardan YENİLİK - VİDEO

Veb TV | 19:01 • 18 Sentyabr 2018
Orijinal məhsulu saxtadan ayırmaq mümkün olacaq -

Hər hansı məhsulun saxta olub-olmadığını müəyyənləşdirmək asanlaşacaq. Bu, azərbaycanlı startapçıların ərsəyə gətirdikləri yeni sistem sayəsində mümkün olacaq.

Xezerxeber.az-ın məlumatına görə, söhbət "İQREX"- ağıllı nəzarət sistemindən gedir. İntellektual sistem QR kod vasitəsilə orijinal məhsulu asanlıqla saxtasından ayıra bilir.

İQREX-in istifadəsi də rahat olacaq. Layihə müəllifləri məhsulun üzərindəki kodun oxunması üçün xüsusi mobil tətbiq yaradıblar. İstehsalçı həmin tətbiqi mobil telefonuna yükləyərək sistemdə qeydiyyatdan keçməli və məhsulları üçün xüsusi "İQREX" etiketi əldə etməlidir. Hər bir etiketə isə sistemdə unikal və bir dəfə oxuna biləcək kod tətbiq olunur. Bu isə o deməkdir ki, kodu bir malın üzərindən çıxarıb digərinə vurmaq mümkün olmayacaq.

Bu ideya Beynəlxalq Telekommunikasiya İttifaqının Cənubi Afrika Respublikasında təşkil etdiyi beynəlxalq sərgi-konfrans çərçivəsində keçirilən müsabiqədə 130 startap arasında fərqlənib. "İQREX" finala keçərək ilin ən maraqlı startaplarından biri seçilib. Yarışda mübarizə aparanlar arasında Azərbaycanla yanaşı, Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin təmsilçiləri də olublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti