Xəzər Xəbər

Türkiyə XİN: İdlibdə hərbi əməliyyat keçirilməyəcək

Dünya | 17:29 • 18 Sentyabr 2018
Türkiyə XİN: İdlibdə hərbi əməliyyat keçirilməyəcək

Suriyanın İdlib şəhərində hərbi əməliyyat keçirilməyəcək.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün rəsmi Ankara və Moskva arasında İdlib məsələsi üzrə əldə olunmuş razılaşmanı şərh edərkən deyib.


M.Çavuşoğlu qeyd edib ki, bununla belə, Türkiyə İdlibə əlavə hərbi kontingentin göndərilməsini istisna etmir.


Nazir bildirib ki, Türkiyə və Rusiyanın əsas məqsədi İdlibdən terrorçu qruplaşmaların çıxarılmasıdır: "İdlib ağır silahlardan tamamilə təmizlənəcək".


O əlavə edib ki, İdlibdə humanitar böhranın qarşısının alınması baxımından çox vacib olan əsas avtomobil magistralları da açıq olacaq.

Xəbər lenti