Xəzər Xəbər

Təhqir edilərək döyülən erməni əsgəri xəstəxanalıq oldu

Dünya | 16:39 • 18 Sentyabr 2018
Təhqir edilərək döyülən erməni əsgəri xəstəxanalıq oldu

İşğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib.


Trend-in erməni mətbuatına istinadən yaydığı məlumata görə, 15-ci bölükdə xidmət edən Tigran Avetisyan adlı hərbi qulluqçu kiçik komandirin qeyri-qanuni əmrini icra etməkdən imtina etdiyinə görə gecə saatlarında hərbçilər tərəfindən döyülüb.


Təhqirlərə məruz qalaraq vəhşicəsinə döyülən hərbi qulluqçu T. Avetisyan aldığı xəsarətlər səbəbindən tibb məntəqəsinə yerləşdirilib.


Hadisə ilə bağlı hərbi polisdə cinayət işi açılıb. Fakt ictimaiyyətdən gizlədilsə də, istintaq aparılır.

Xəbər lenti