Xəzər Xəbər

Sələmə aldanıb borcda batmayın - 1200 manat əvəzinə 17 min manat istədilər - VİDEO

Veb TV | 20:58 • 20 Avqust 2018
Sələmə aldanıb borcda batmayın -

Sələmə pul götürüb problemini həll etmək istədi, ancaq daha böyük problemlə qarşılaşdı. Kürdəmir sakini evini itirmək təhlükəsi ilə üz-üzədir. O, sələmə 1200 manat pul alsa da, sələm verənin ondan 17 min manat tələb etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, sələmçi buna müqavilə sənədində saxtakarlıq etməklə nail olub.

Çətinliklə üzləşən şəxs sələmə pul götürərək problemlərini həll etmək istəyib. Ancaq indi həmin pula görə daha böyük problemlə - evini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bu hadisə Kürdəmir rayonunun Qarasu kənd sakini Saleh Azayevin başına gəlib. Onun dediyinə görə, 1200 manata ehtiyacı olduğuna görə Pərviz Allahverdiyev adlı şəxsdən sələmə həmin həcmdə pul alıb və faizi ilə birlikdə 1700 manat qaytaracağına söz verib. Ancaq onun iddiasına görə, imzaladıqları kağızda Pərviz adlı şəxs 1700 yerinə, 17 min manat yazaraq onu aldadıb.

Saleh Azayev deyir ki, indiyədək Pərviz Allahverdiyevə 3 min manat pul ödəyib. Ancaq həmin şəxs məhkəməyə şikayət edərək, 17 min manat pulunun qaytarılmasını tələb edib. Məhkəmə də onun xəbəri olmadan Pərviz Allahverdiyevin xeyrinə qərar qəbul edib və evlərinə həbs qoyulub.

Məsələ ilə bağlı Pərviz Allahverdiyevlə əlaqə saxlamağa cəhd etdik. Ancaq telefonu bağlı olduğundan onun məsələyə münasibətini öyrənə bilmədik.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, iddiaçı ondan 1200 manat pul verib 17 min manat tələb edilməsini məhkəmə qaydasında sübut edə bilsə, Pərviz Allahverdiyevə qarşı dələduzluq maddəsi ilə cinayət işi başlana bilər. Bundan başqa, sələmə pul vermək qanunda yoxdur və həmin pulu sələmə verən şəxs vergidən yayınmağa görə inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. Vəkil onu da bildirir ki, belə sövdələşmələr zamanı kağızda pulun miqdarı rəqəmlə yanaşı, sözlə də yazılmalıdır. Əks halda həmin sənəddəki rəqəmlər sübut kimi əsas sayıla bilməz.

Xəbər lenti