Xəzər Xəbər

Qeyri-adi tərəvəz: Qara pomidor görənləri təəccübləndirdi - VİDEO

Veb TV | 20:59 • 18 Avqust 2018
Qeyri-adi tərəvəz:

Qeyri-adi meyvə tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini bu dəfədə bostanında əkdiyi qara pomidorla görənləri təəccübləndirib. O, Ukraynadan gətirdiyi sortu öz bağında yerli iqlimə uyğunlaşdırıb.

Tərəvəzçiliyə maragı olan Zaqatala sakini qeyri-adi tərəvəzlər yetişdirir. O, bağında hətta qara pomidor da əkib.

İxtisasca aqranom olan Aydın Sulxayev gənclik illərində müxtəlif fərqli sahələrdə çalışdığından,öz sevdiyi peşəsi ilə ahıl yaşlarında məşğul olmaga başlayıb. Yuxarı Tala kəndində yerləşən bağ evinin həyətində yüzlərlə bitki becərən həmsöhbətimiz daha çox qeyri adi güllər, meyvə və tərəvəzlər əldə edir. Elə qara pomidorun toxumunu daUkrainalı bir dostundan alıb və yerli şəraitdə yetişdirib.

Rayon sakini bildirir ki, bu qeyri-adi pomidor geni dəyişdirilmiş deyil. Yəni, selleksiya üsulu ilə əldə edilib.

Onun bağında başqa xaricdən gətirilmiş tərəvəzlər də var.

Bağbanlıqlacəmi iki ildir ki, məşğul olmasına baxmayaraq, artıq 20-dən çox bitki növünü xaricdən Azərbaycana gətirərək, yerli iqlim şəraitinə uyğunlaşdırıb.

Xəbər lenti