Xəzər Xəbər

İsmayıllıda dəhşətli qəza: Avtomobil aşdı, ölən və yaralanan var VIDEO

Veb TV | 20:38 • 17 Avqust 2018
İsmayıllıda dəhşətli qəza: Avtomobil aşdı, ölən və yaralanan var

İsmayıllı rayonunda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 16-da saat 23 radələrində İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində Bakı şəhər sakini Fəxrəddin Ağayev idarə etdiyi "Mazda” markalı avtomobili aşırıb. Nəticədə F.Ağayevin sərnişini, arvadı Qızbəs hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti