Xəzər Xəbər

Cəlilabadda ev yanıb, 1 nəfər xəsarət alıb VİDEO

Veb TV | 20:53 • 17 Avqust 2018
Cəlilabadda ev yanıb, 1 nəfər xəsarət alıb

Cəlilabad rayonunda evdə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində aynabəndin tavanı və döşəməsi 30 m² sahədə qismən yanıb.

 

Yüksək temperaturdan evin 7 ədəd pəncərəsi əriyib.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti