Xəzər Xəbər

"ASAN xidmət"-dən əsgər ailələrinə sürpriz VİDEO

Veb TV | 20:55 • 17 Avqust 2018
"ASAN xidmət"-dən əsgər ailələrinə sürpriz

Sabah sərhəd qoşunları əməkdaşlarının peşə bayramı günüdür. Bu məqsədlə ASAN Xidmət və Dövlət Sərhəd Xidməti tərəfindən ''əsgərə məktub'' layihəsi çərçivəsində nümunəvi addım atılıb. Hərbi xidmətdə fərqlənən və yüksək intizamı ilə seçilən bir neçə əsgər ailəsi ilə görüşdürülüb. Bu zaman duyğusal anlar yaşanıb

Əvvəlcə hərbi xidmətdə olan övladlarına məktub yazdılar..Yazdıqca qəhərləndilər, kövrəldiklər.Məktublarında oğullarına uğurlu xidmət arzuladılar..

Sevgi dolu məktubu hərbi hissəyə yola saldılar. Bir neçə dəqiqədən sonra yollarını həsrətlə gözlədikləri övladlarını görəndə göz yaşlarını saxlaya bilmədilər...Bir ana üçün bundan gözəl hədiyyə ola bilməz.

Bu görüntülər asan xidmət və dövlət sərhəd xidmətinin birgə həyata keçirdikləri ''Əsgərə məktub'' layihəsindəndir.

Əvvəlcə hərbi xidmətdə fərqlənən əsgərlərin valideynləri övladlarına 18 avqust- sərhəd qoşunları əməkdaşlarının peşə bayramı ilə bağlı məktub yazıblar.Məktub asan xidmətin əməkdaşları tərəfindən aparılıb.

Hansı əsgərlərin DSX tərəfindən qısa məzuniyyətə buraxılacaqları əvvəldən müəyyən edildiyindən onlar anaları məktub yazarkən asan xidmətin səyyar avtomobilində gözləyiblər. Analar məktubu yazıb bitirəndən sonra əsgərlər evlərinə gəliblər. Təbii ki, valideynlərin bundan xəbəri olmayıb.

Əsgərlərin ailələri ilə görüş zamanı duyğusal anlar yaşanıb.

Xəbər lenti