Xəzər Xəbər

Bayıl sürüşmə sahəsində vəziyyət stabildir VİDEO

Veb TV | 20:49 • 17 Avqust 2018
Bayıl sürüşmə sahəsində vəziyyət stabildir

Səbail rayonu bayıl sürüşmə sahəsində aparılan araşdırma başa çatdırlıb.bununla bağlı hesabat hazırlanaraq nazirlər kabinetinə təqdim edilib. Respublika seysmoloji xidmət mərkəzinin direktoru qurban yetirmişli bildirir ki, araşdırmalar tək bayıl sürüşmə sahəsində yox həmin ərazidən nərimanov heykəli olan əraziyədək aparılmalıdır.

Təkcə Səbail rayonu bayıl sürüşmə sahəsində deyil, Teleqüllənin arxa tərəfindən tutmuş, Şəhidlər Xiyabanına eləcə də Nərimanov heykəlinə qədər olan ərazidə torpaq sürüşməsi ilə əlaqədar tədqiqatlar aparılmalıdır.Belə bir fikirlə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli çıxış edib. qurban yetirmişli bildirib ki ətraflı araşdırmanı aparaılması zərurəti ondan irəli gəlir ki riskli bölgələr əvvəlcədən müəyyənləşdirilməlidir. belə olduqda daha düzgün qərarlar qəbul etmək və qabaqlayıcı tədbirlər görmək mümkündür. bunun üçün müvafiq dövlət qrumuları o cümlədən fövqaldə hallar nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müzakirələr aparılacaq.

Qurban Yetirmişlinin sözlərinə görə,Səbail rayonu Bayıl ərazisindəki tədqiqatların bir hissəsi yekunlaşıb.Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür.

Ümumilikdə isə araşdırma işlərinin sonunda hesabat tərtib olunaraq Nazrilər Kabinetinə təqdim olunub.

Xəbər lenti