Xəzər Xəbər

İsmayıllıda ər qəza törətdi, arvadı öldü

Hadisə | 12:51 • 17 Avqust 2018
İsmayıllıda ər qəza törətdi, arvadı öldü
Avqustun 16-da saat 23 radələrində İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində Bakı şəhər sakini Fəxrəddin Ağayev idarə etdiyi "Mazda” markalı avtomobili aşırıb.


DİN-ən XəzərXəbər-ə verilən xəbərə görə, nəticədə F.Ağayevin sərnişini, arvadı Qızbəs hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti