Xəzər Xəbər

Şok kadrlar: kanalizasiyadan körpə çıxarıldı - VİDEO

Veb TV | 12:44 • 17 Avqust 2018
Şok kadrlar:

Küçədəki kanalizasiya quyusundan bir günlük, yeni doğulmuş körpə çıxarılıb.


Olay Hindistanın şərqindəki Tamil Nadu ştatının mərkəzi şəhəri Çennayın həndəvərində, Valasaravakkam rayonunda yaşanıb.


Sübh zamanı küçə ilə gedən südsatan kanalizasiya quyusundan uşaq ağlartısının səslərinin gəldiyini eşidib. O, quyunun qapağını qaldırmağa başlayanda səsə yaxınlıqdakı evdə yaşayan 45 yaşlı Gita gəlib.


Gita südsatan kişini kənara çəkib və kanalizasiya quyusundakı uşağı çıxarmağa başlayıb.


Yeni doğulmuş körpə sağ-salamat çıxarılıb.


Gita oğlanı övladlığa götürüb və ona Sutantiram ("azadlıq") adı verib.


"Uşağı Hindistanın Müstəqillik Günü tapdım. Buna görə də Sutantiram adlandırdım"", - Gita söyləyib.

 

///Milli.Az

Xəbər lenti