Xəzər Xəbər

"Zenit"dən fantastik geri dönüş VİDEO

Veb TV | 11:33 • 17 Avqust 2018
"Zenit"dən fantastik geri dönüş

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

İlk oyunda Minskdə "Dinamo"ya 0:4 hesabı ilə uduzan "Zenit" evdə fantastik qələbə qazanaraq, pley-offa yüksəlib.

Oyunun əsas vaxtında meydan sahibləri 1 nəfər azlıqda qalsalar da, 4:0 hesabı ilə qalib gəlib və matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtın ilk 15 dəqiqəsində Belarus təmsilçisi vacib qol vurub. Lakin əlavə vaxtın ikinci hissəsində "Zenit" 4 qol vuraraq, 8:1 hesablı qələbə ilə pley-offa yüksəlib.

"Zenit" 8:1 "Dinamo" (8:5)

Qollar: Paredes, 22, Kristian Naboa, 66, Artem Dzyuba, 75, 78, 115 (pen.), Driussi, 109, Robert Mak, 120 (pen.), 120+3

Qırmızı vərəqələr: Paredes, 72 ("Zenit"), Maksim Şetsov, 120 ("Dinamo")

http://rutube.ru/video/dbbd96a249cb4883aae940d230a05461/

Xəbər lenti