Xəzər Xəbər

Jervinyonun Çin macərası başa çatır: İtaliyaya qayıdır

İdman | 10:53 • 17 Avqust 2018
Jervinyonun Çin macərası başa çatır:

Çinin "Hebey Çin Forçun" klubunda heyətdən kənarda qalan Jervinyo İtaliyaya dönməklə bağlı qərar verib.

31 yaşlı futbolçu Seriya A-ya qayıdan "Parma" ilə danışıqlar aparır. Kot-d-ivuarlı vingerin transferi böyük ölçüdə həll edilib. Bu barədə "Sky İtalia" məlumat yayb.

Qeyd edək ki, 2016-cı ildə "Roma"dan 18 milyon avro qarşılığında Çin klubuna transfer olmuşdu.

Xəbər lenti