Xəzər Xəbər

Bakıda dayanacağın ətrafına çəkilən hasar söküldü

Hadisə | 17:55 • 16 Avqust 2018
Bakıda dayanacağın ətrafına çəkilən hasar söküldü
Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.


XəzərXəbər xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.




Qurum rəsmisi qeyd edib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır.



Qeyd edək ki, əhaliyə rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini təmin etmək Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu istiqamətdə zəruri olan bütün tədbirlər görüləcək.

Xəbər lenti