Xəzər Xəbər

Bakı-Qazax yolunda qəza Avtomobilin daşıdığı yağ yola dağıldı - VİDEO

Veb TV | 17:41 • 16 Avqust 2018
Bakı-Qazax yolunda qəza

Bakı-Qazax avtomagisrtalında iki yük maşını toqquşub, 2 nəfər xəsarət alıb.

Hadisə yolun Goranboy rayonundan keçən hissəsində baş verib. "Ford” markalı yük maşını iritonnajlı "Kamaz”-a çırpılıb.

Nəticədə avtomobilin daşıdığı yağ yola dağılıb.

Qəza zamanı xəsarət alan sürücünü təcili yardım avtomobilini gözləmədən yolda xidmət aparan 8-ci tağımın əməkdaşı, polis serjantı Emin Məmmdov Goranboy rayon Xəstəxanasına çatdırıb.

Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Digər yaralı isə təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti