Xəzər Xəbər

Bakıda 19 yeni piyada keçidi inşa ediləcək - HARADA? VİDEO

Veb TV | 20:59 • 15 Avqust 2018
Bakıda 19 yeni piyada keçidi inşa ediləcək - HARADA?

Sürət həddinin yüksək və nəqliyyatın intensiv olduğu bəzi yollarda yeni yerüsdü piyada keçidləri inşa ediləcək. Məqsəd piyadaların rahat və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. İlkin olaraq 19 ünvanda piyada keçidinin inşası üçün təkliflər hazırlanıb.

Avtomobillərin sıx hərəkət etdiyi yolda piyadalar yolu necə gəldi keçirlər.Nəticədə də onlar həyatlarını təhlükəyə atırlar.Bura Paytaxtın Heydər Əliyev propekti 137 ünvanıdır.

Xətai rayonu Nobel prospekti 67 ünvanında da piyadalar həm özləri, həm də yolda olan sürücülər üçün təhükə yaradırlar. Bütün hallarda hər iki ünvanda bu piyadaların yolu belə keçməsinin səbəbi Bu ünvanlarda piyada keçidinin olmamasıdır.

Artıq problemin qarşısını almaq üçün bu ünvanlarla yanaşı, Bakının 19 belə ərazisində yeni piyada keçidlərinin inşası nəzərdə tutulur.Bakı Nəqliyyat Agentliyi tərəfindən Piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.

Bununla yanaşı, Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda yerüsdü piyada keçidlərinin tikilməsi nəzərdə tutulub.

Xəbər lenti