Xəzər Xəbər

Stol, çarpayı və bir ev üçün lazım olan digər əşyalar VİDEO

Veb TV | 20:58 • 14 Avqust 2018
Stol, çarpayı və bir ev üçün lazım olan digər əşyalar

Rusiyalı bir ailə avtomobillərini evə çevirərək səyahət etməyə qərar veriblər. Ilk olaraq isə Azərbaycana gəliblər. Xəzər Xəbər bu ailənin maraqlı maşınını görüntüləyib.

Stol, çarpayı və bir ev üçün lazım olan digər əşyalar...Bunlar hamısı bu köhnə UAZ maşınında kompakt şəkildə yerləşdirilib.

Həştərxan sakinləri Kseniya və Andrey dörd təkər üzərində bir ailənin qala biləcəyi mini ev düzəldiblər. Rusiyalı turistlər artıq xərc etməmək üçün öz təkərli evləri ilə səyahət etməyə qərar veriblər və ilk olaraq Bakını seçiblər. Onlar 2 yaşlı oğlu Lvovu da özləri ilə götürüblər.

Jilenkovı ailəsi avto səyahətə çıxmaq üçün öz bizneslərini satıblar. Uaz maşını alıb ekonom büdcəli, təkərli evi düzəltmək onlara 3 min dollara başa gəlib. Andrey və Kseniya səyahətə çıxmaq üçün bir aya maşını tam hazır ediblər.

Avtomobilin tavanı və içi taxta materialdan hazırlanıb. Təkərli evin içində kitab rəfi belə var. Bundan başqa turistlər səyahət edtikləri ölkələrin dəmir pullarının da maşının tavanına yapışdırıblar.

Avtomobili Kseniya özü rəngləyib. Diqqətlə baxdıqda üzərində dağlar, quşlar , çaylar və şəlalələr görmək mümkündür . Ksenyanın sözlərinə görə, bu o demədir ki avtomobil həır cür ekstremal sınaqlara hazırdır. Jilenkovılar ötən ilin bu vaxtı Asiyaya səyahət ediblər. Ancaq Bakıda özlərini daha çox doğma hiss etdiklərini deyirlər. Jilenkovılar daha sonra Gürcüstan və Türkiyəyə səfər etməyi planlaşdırırlar.

Xəbər lenti