Xəzər Xəbər

İlk DOST mərkəzi nə vaxt yaradılacaq? Nazir müavini “XəzərXəbər”ə AÇIQLADI - VİDEO

Veb TV | 20:57 • 14 Avqust 2018
İlk DOST mərkəzi nə vaxt yaradılacaq?

İlk DOST mərkəz bu il yaradılacaq. Bunun üçün öncə pilot rayon seçiləcək. "XəzərXəbər"ə eksklüziv müsahibə verən əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli ilk DOST mərkəzin fəaliyyətə başlayacağı tarixi də açıqlayıb.

DOST Mərkəzlər sosial sahədə indiyədək mövcud olan problemləri həll etmək və bütün xidmətləri vahid mərkəzdən insanlara göstərmək üçün yaradılıb. Bunu "XəzərXəbər”ə müsahibəsində əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini ilk DOST Mərkəzin fəaliyyətə başlayacağı vaxtı da açıqlayıb.

Mətin Kərimli bildirir ki, hazırda hansı xidmətlərin DOST Mərkəzlərdə olması ilə bağlı ciddi araşdırmalar aparılır. Məqsəd maksimum çox xidməti bir mərkəzdə toplamaqdır.

Onu da qeyd edək ki, DOST Mərkəzlərin bütün Azərbaycan ərazisini əhatə etməsi planlaşdırılır. Məqsəd bu xidmətisosial sahədə bir brendə çevirməkdir.

Xəbər lenti