Xəzər Xəbər

Astarada narkotik əkib-becərən şəxs saxlanılıb - VİDEO

Veb TV | 19:50 • 23 İyul 2018
Astarada narkotik əkib-becərən şəxs saxlanılıb -

Astara polisi narkotik əkib-becərən şəxsi saxlayıb.

Xezerxeber.az-ın məlumatına görə, keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Tüləgivan kəndində narkotik tərkibli çətənə kollarını əkib-becərən Elçin Eyvazov saxlanılıb. Onun yaşadığı evin həyətyani sahəsinə baxış keçirilən zaman isə kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 125 kiloqrama yaxın olan 58 ədəd çətənə bitkisi aşkar edilib. Narkotik tərkibli bitkilər maddi sübut kimi götürülüb.





Xəbər lenti