Xəzər Xəbər

“Novatek” Şimal dənizi ilə Çinə ilk LNG yükünü göndərib

İqtisadiyyat | 13:36 • 21 İyul 2018
“Novatek” Şimal dənizi ilə Çinə ilk LNG yükünü göndərib

Şimal dənizindən Çinə ilk mayeləşdirilmiş təbii qaz (LNG) yükü göndərilib.


Rusiyanın "Novatek” neft-qaz şirkəti "Yamal LNG” layihəsi çərçivəsində ilk LNG yükünü Şimal dənizi marşrutu ilə Çinə göndərib. Mayeləşdirilmiş təbii qaz Çinə "M/T VLADIMIR RUSANOV” və "M/T EDUARD TOLL” adlı 2 LNG tankeri vasitəsilə çatdırılıb.


LNG yükü boşalandan sonra tankerlər Sabetta limanındakı "Yamal LNG” emal və ixrac müəssisəsinə geri qayıdacaq. Gəmilərin Şimal dənizi marşrutu geri qayıtması isə 19 gün davam edəcək. Həmçinin tankerləri buzqıran gəmilər müşayiət edəcək. Səfər Süveyş Kanalı ilə həyata keçirildiyi təqdirdə bu müddət 35 günə tamamlanırdı.


Qeyd edək ki, "Novatek” 2010-cu ildən başlayaraq Asiya və Sakit Okean ölkələrinə Arktik vasitəsilə neft və qaz nəql edir. "Yamal LNG” 2017-ci ildə Rusiya, Fransa və Çin birgə müəssisə kimi fəaliyyətə başlayıb. "Novatek” şirkəti layihədə 50,1 faiz, Çinin "CNPC” şirkəti və İpək Yolu Fondu ilə Fransanın "Total” şirkətinin isə 49,9 faiz payı var.


LNG-ni Sabetta limanından Asiya və Sakit Okean və Avropa bazarına daşımaq üçün "Yamal LNG”nin donanmasında 15 LNG tankeri var. Tankerlər il ərzində fəaliyyət göstərə bilir. "Yamal LNG”nin tam gücü ilə 2019-cu ildə işə salınması planlaşdırılır.

Xəbər lenti