Xəzər Xəbər

Damcılı mağarasında arxeoloji qazantılar davam etdirilir - VİDEO

Veb TV | 18:44 • 20 İyul 2018
Damcılı mağarasında arxeoloji qazantılar davam etdirilir -

Qazaxda yerləşən və 100 min il yaşı olan "Avey" Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisindəki Damcılı mağarasında arxeoloji qazantılar davam etdirilir.

Qobustandan sonra ilk dəfə məhz Damcılıda mezeolit dövrünə aid alətlər, silah və müxtəlif maddi-mədəniyyət nümunələri aşkarlanıb. Arxeoloji qazıntılara yaponiyalı mütəxəssislər də cəlb olunub.

Xezerxeber.az-ın məlumatına görə, 4 metr dərinlikdə yerli və yapon mütəxəssislərin iştirakı ilə qazıntılar aparılır. Bir neçə gündür ki, aparılan tədqiqatlar zamanı müxtəlif saxsı qablar, əmək əşyaları və daşdan hazırlanan sivri ox ucluqları aşkarlanıb. Ərazidən götürülən maddi-mədəniyyət nümünələri dövrlərinin tam dəqiqləşdirilməsi və təsdiqlənməsi üçünYaponiya laboratoriyalarına göndəriləcək.

Ərazi yay mövsümündə turist və məktəblilərin üzünə açıq olur. Bura gələn qonaqlar həm istirahət edir, açıq hava altında sərgilənən eksponatlara baxırlar.

Əraziyə baxış keçirən mədəniyyət naziri Əbülfəs Qarayev isə bildirib ki, qoruğun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Ərazidə ilk dəfə arxeoloji qazıntı 1953-cü ildə aparılıb. 1989-cu ildən fəaliyyət göstərən Qoruğun ərazisində 57 abidə var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti