Xəzər Xəbər

Rayonlarda logistika və ticarət mərkəzləri yaradılacaq - VİDEO

Veb TV | 18:40 • 20 İyul 2018
Rayonlarda logistika və ticarət mərkəzləri yaradılacaq -

Ölkədə istehsal edilən məhsulların ixracının artırılması, eləcə də Azərbaycan üzərindən müxtəlif yüklərin daşınmasını təmin etmək üçün bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə logistika və ticarətin inkişafina dair Strateji Yol Xəritəsinin icra vəziyyəti üzrə hesabatda deyilir.

Məlumata əsasən, Astara, Xaçmaz, Qazax rayonu və Yevlax şəhərində logistika və ticarət mərkəzlərinin 2021- ci ilə kimi yaradılması nəzərdə tutulub.

Qazaxda yaradılacaq mərkəz Gürcüstan və Qara Dəniz vasitəsilə Avropaya daşınmasına yardımçı olacaq. Yevlaxda yaradılacaq mərkəz isə daha çox ölkədaxili məqsədlər üçün istifadə ediləcək.

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, dövlət vəsaiti hesabına tikiləcək logistika və ticarət mərkəzləri sahibkarlara bir neçə xidmət göstərəcək. Burada məhsullar həm saxlanılacaq həm də sığorta ediləcək. Daha sonra nəqliyyat xidməti göstərilərək lazımi nöqtəyə daşınacaq.

Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradilması və onlarin idarəolunma mexanizminin müəyyən edilməsi istiqamətində Qazaxistan, Belarus, Türkiyə və Almaniyanın təcrübələri araşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti