Xəzər Xəbər

Taxıl sahəsinə od vuran şəxs yaxalandı - VİDEO

Veb TV | 18:47 • 20 İyul 2018
Taxıl sahəsinə od vuran şəxs yaxalandı -

Göyçayda taxıl sahəsini yandıran şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün səhər saatlarında Göyçayın İnçə kəndi ərazisində 20 hektar biçilmiş taxil sahəsində yanğın olub. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər və Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və alovun daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb. Göyçay polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanğının əkin sahəsinin sahibi tərəfindən törədildiyi müəyyən edilib.

İlkin araşdırmalar zamanı Gündüz Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyənləşib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti