Xəzər Xəbər

TPAO Hakkari və Diyarbakırda neft axtaracaq

İqtisadiyyat | 14:13 • 20 İyul 2018
TPAO Hakkari və Diyarbakırda neft axtaracaq

"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Türkiyənin Hakkari və Diyarbakır vilayətlərində neft axtaracaq.


AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin "Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, TPAO-ya Hakkari və Diyarbakırda ümumilikdə 65 min hektarı əhatə edən 2 ayrı ərazidə neft axtarışı üçün 5 il müddətinə lisenziya verilib. Şirkət 2017-ci il dekabrında qeyd edilən ərazilərdə neft axtarışına dair lisenziya almaq üçün müraciət edib.


Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində təqribən 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, "BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

Xəbər lenti