Xəzər Xəbər

Şəkidə qayalıqda küp qəbir aşkarlanıb - VİDEO

Veb TV | 20:14 • 19 İyul 2018
Şəkidə qayalıqda küp qəbir aşkarlanıb -

Şəkidə çayın yaxınlığındakı qayalıqdan küp qəbir tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, Şəkinin Çapağan kənd sakini Rizvan Ağayev kənd ərazisindəki çayın kənarı ilə gəzərkən qayalıq ərazidəki əşyalar onun diqqətini çəkib. O, gördüklərinin küp olduğunu zənn etsə də, sonradan onların insan sümükləri olduğu ortaya çıxıb.

Sakinlərin sözlərinə görə, kəndin ərazisində tez-tez bu cür tapıntılara və insan sümüklərinə rast gəlinir.

Məsələ ilə bağlı Şəki Regional Elmi Mərkəzdən bildirildi ki, sümüklərin hansı dövrə aid olduğunu ancaq dişlər vasitəsi ilə bilmək olar. Lakin aşkar edilmiş sümüklər arasında dişlərin olmaması məsələni çətinə salır. Həmçinin Rizvan Ağayevin qalıqları yerindən götürməsi də ekspertizanın aparılmasına mane yaratmış olur. Çünki bu cür tapıntıların yeri dəyişdirilməməlidir. Əks təqdirdə ərazidə arxeoloji işlərin aparılması çətinləşir. Bununla belə, əgər doğurdan da kənd ərazisində idda edildiyi kimi vaxtaşırı bu cür qədim tapıntılar aşkar edilirsə, ərazidə arxeoloji qazıntıların aparılması mütləqdir. Həmçinin kənd ərazisinin Fazıl kəndinə yaxın olması və Fazılda oxşar tapıntılara tez-tez rast gəlinməsi bu məntəqənin də qədim yaşayış mərkəzlərindən biri olmasını göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti