Xəzər Xəbər

Fransalı səyyahlar günəş panelləri ilə işləyən velosipedlə Azərbaycana gəldi- VİDEO

Veb TV | 20:22 • 19 İyul 2018
Fransalı səyyahlar günəş panelləri ilə işləyən velosipedlə Azərbaycana gəldi-

Fransalı səyyahlar Jan Klod və Alen Vigi qardaşları səyahət üçün fərqli üsul seçiblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar səyahətə çıxdıqları velosipedləri daha da təkmilləşdirərək əlavə panellər və qurğular quraşdırıblar. Nəticədə isə günəş panellərindən ötürülən enerji hesabına işə düşən mühərrik pedalları avtomatik hərəkət etdirir. Beləcə səyyahlar gün ərzində saatda 20-30 km sürətlə 200 km-dək məsafə qət edə bilirlər.

Uzanıqlı vəziyyətdə idarə edilən minik vasitələri ayaqlar yorulanda da hərəkətini davam etdirir. Gürcüstandan sonra səyahət üçün ölkəmizi seçən turistlər sonra Özbəkistana səfər etmək niyyətindədilər.

Hazırda Tovuzda olan qardaşlar daha 430 km məsafəni qət etmək üçün günəş panellərinin iki saat enerji yığmasını gözləyirlər. Onların hesabı ilə enerjiyə və istirahətə itirdikləri vaxtla birlikdə 96 saata Bakıya çatacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti