Xəzər Xəbər

Dövlət Miqrasiya Xidməti hesabat verdi - VİDEO

Veb TV | 18:50 • 19 İyul 2018
Dövlət Miqrasiya Xidməti hesabat verdi -

Turizm və biznes mühitinin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizə gələn əcnəbi vətəndaşların sayında artım olub.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov deyib.

Ölkəmizə gələn əcnəbilər əsasən qonşu ölkələrdəndir.

Vüsal Hüseynov həmçinin qeyd edib ki, daimi yasamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artim qeydə alınıb.

Məlumdur ki, miqrasiya qanunvericiliyinin tələblərinə görə, ölkəmizə gələn əcnəbilər oluqları yer üzrə qeydiyyata düşməlidirlər. Qeydiyyata düşmək üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin regional mərkəzinə və ya bütün "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Əcnəbilərin isini daha da asanlaşdırmaq üçün yeni mobil tətbiq istifadəyə veriləcək.

Vüsal Hüseynov bildirib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artim müşahidə olunub. Hazırda bu şəxslərin sayi 75 nəfərdir. Qaçqın statusu əsasında yaşayan şəxslər əsasən Pakistan, Əfqanistan və Iran vətəndaşlarıdir. Qanunsuz miqrasiyaya qarsı mübarizə çərçivəsində isə Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti