Xəzər Xəbər

İki qəzada 2 nəfər ölüb, 1 yaralı var - VİDEO

Veb TV | 18:57 • 19 İyul 2018
İki qəzada 2 nəfər ölüb, 1 yaralı var -

Ucar rayonunda minik avtomobilinin maneəyə çırpılması sürücünün ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Bakı-Qazax yolunun Ucarın Müsüslü kəndindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Akif Dərgahovun idarə etdiyi minik avtombili yol kənarındakı arakəsməyə çırpılaraq aşıb.

Sürücü hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Dərgah Dərgahov isə müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Goranboyda da minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib. Hadisə rayonun Səfikürd kəndində baş verib. Kənd sakini, 26 yaşlı İlqar Əhmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yolun kənarındakı ağaca çırpılıb.

Sürücü İlqar Əhmədov hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti