Xəzər Xəbər

Kosmosda bədəni dəyişən astronavt evləndi - FOTO

Maraqlı | 12:50 • 19 İyul 2018
Kosmosda bədəni dəyişən astronavt evləndi -

54 yaşlı Skot Kelli sabiq astronavtdır. O, Beynəlxalq Kosmik Stansiyada 344 sutka keçirəndən sonra orqanizmində dəyişikliklər baş verib. Belə ki, Kellinin bədənindəki xromosomların sonluqları, yəni telomerlər uzanıb.


Milli.Az ABC-yə istinadən bildirir ki, normal insanda illər keçdikcə telomerlər qısalır. Bu səbəbdən olaya "Kelli fenomeni" adı verilib.


54 yaşlı Kelli dünən ailə həyatı qurub. O, uzun müddətdən bəri münasibətləri olduğu 44 yaşlı Amiko Kaudererlə evlənib.


Toy ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində olub.


Kelli 2015-ci ilin martından 2016-cı ilin artına qədər BKS-də olanda Amiko sevgilisini gözləmişdi.


A.Kauderer ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyində (NASA) ictimaiyyətlə əlaqələr yetkilisi olub.

Xəbər lenti