Xəzər Xəbər

Ağır qəzalar 2 nəfərin həyatına son qoydu - 9 yaralı var - VİDEO

Veb TV | 20:11 • 18 İyul 2018
Ağır qəzalar 2 nəfərin həyatına son qoydu -

Qubada avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Qubada, Bakı-Quba yolunun İsnovqışlaq kəndindən keçən hissəsində baş verib. Sərnişin daşıyan avtobus 26 yaşlı Məmmədəli Bayramovun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Minik avtomobilinin sürücüsü Məmmədəli Bayramov hadisə yerində ölüb, 9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Yevlaxda baş verən qəzada isə piyada dünyasını dəyişib. Hadisə ötən gecə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 34 yaşlı Xaqani Məmmədov yolu keçmək istəyən zaman avtomobil onu vurub. Sürücü özü müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadanı xəstəxanaya çatdırıb və yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti