Xəzər Xəbər

Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutub - VİDEO

Veb TV | 20:33 • 17 İyul 2018
Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutub -

Ermənistan silahlı qüvvələrinin bölmələri artezian quyusunda işləyən işçiləri atəşə tutub.

Xezerxeber.az-ın məlumatına görə, Ağdamın Çıraqlı kəndindəki artezian quyusunda təmir işləri aparan işçilər atəşə məruz qalıblar. Onlar dərhal ərazidən uzaqlaşa biliblər.

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, ermənilər 2 saat idarənin işçilərini atəş altında saxlayıb.

Ermənilərin açdığı atəş nəticəsində xəsarət alan olmasa da, güllələr təmir işində istifadə edilən qurğulara dəyib.

Sakinlər kəndin mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti