Xəzər Xəbər

Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb - VİDEO

Veb TV | 20:28 • 17 İyul 2018
Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb -

Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə reyd keçirilib.

Reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən 8 istirahət mərkəzində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, 4 istirahət mərkəzi və 1 restorandan isə məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı müəyyən olunub.

Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Faiq Mütəllimovun sözlərinə görə, reydlər Xəzər dənizinin Azərbaycana aid olan bütün hissəsində aparılacaq.

Reydlər Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti