Xəzər Xəbər

Piyadalar üçün cərimələr iki dəfə artırılıb - VİDEO

Veb TV | 20:31 • 17 İyul 2018
Piyadalar üçün cərimələr iki dəfə artırılıb -

Yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cəzalar daha da sərtləşdirilir.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Sürətli yollarda hərəkət qaydalarını pozan piyadalar üçün cərimələr iki dəfə artırılıb.

Piyadaların məsuliyyətsizliyindən ən çox əziyyət çəkənlər sürücülərdir. Onlar cərimələrin daha da sərtləşdirilməsinin tərəfdarıdırlar.

Piyadalar da cərimələrin artırılmasının təsirinin olacağı qənaətindədirlər.

Qeyd edək ki, hərəkət sürətinin həddi 80 km/saatdan aşağı müəyyən edilmiş yolda cərimələr eyni qalır. Piyadalar müəyyən olunmayan yerdən keçdiklərinə görə yenə 20 manat məbləğində cərimə ediləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti