Xəzər Xəbər

Diqqət! Günəş vannası sağalmaz xəstəliklərə yol aça bilər - VİDEO

Veb TV | 20:30 • 17 İyul 2018
Diqqət! Günəş vannası sağalmaz xəstəliklərə yol aça bilər -

Günəş şüalarının insan orqanizminə xeyirli təsiri olsa da, onu zərərli formada qəbul etmək də yolverilməzdir.

Xezerxeber.az-ın məlumatına görə, saatlarla günəş vannası qəbul etmək dəridə gün yanıqları problemləri, eyni zamanda sağalmaz xəstəliklərə yol aça bilər.

Gün yanıqları adətən yüngül və səthi olsa da, dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edirlər. Dermatoloqların sözlərinə görə, hətta bu yanıqlar dəri xərçəngi riskini də artırır.

Həkim Bəxtiyar Paşayevin sözlərinə görə, günəş vannaları dərinin vaxtından tez qocalmasına və hətta dəridə sağalmaz xəstəliklərin əmələ gəlməsinə belə səbəb ola bilər.

Odur ki, yay fəslində günəş şüalarını qəbul edərkən müəyyən nüanslara diqqət yetirmək lazımdır. Xüsusən də gün ərzində günəş vannalarını neçə saat və günün hansı saatlarında qəbul etməyi bilmək çox önəmlidir.

Saat 11-dən 4-dək günəş şüalarını qəbul etmək tövsiyə olunmur. Çünki bu zaman günəşin ultrabənövşəyi şuaları daha şiddətli olur və dəri daha çox mənfi təsirlərə məruz qalır. Günəş vannası qəbul etdikdə gün yanıqlarından qorunmaq üçün günəşdən qoruyucu kremlərin istifadəsi mütləqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti