Xəzər Xəbər

BNA: Fəzail Bayramov küçəsində geridönmə yerinin təşkili işləri yekunlaşıb

İqtisadiyyat | 12:39 • 17 İyul 2018
BNA: Fəzail Bayramov küçəsində geridönmə yerinin təşkili işləri yekunlaşıb

Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bu çərçivədə artıq ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub.

Mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq.

Qeyd edək ki, Fəzail Bayramov küçəsində geridönmə yerinin təşkili işləri isə artıq yekunlaşıb. Bununla da ətraf ərazilərdə yaşayan sakinlərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşıb.

"Əvvəllər bunun üçün Xocalı və ya Babək prospektlərindən istifadə edən sürücülər artıq yeni təşkil edilən geridönmədən istifadə etməklə rahat şəkildə Yusif Səfərov küçəsinə çıxa bilirlər", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti