Xəzər Xəbər

Qayınanasını qətlə yetirən şəxs 19 il azadlıqdan məhrum edilib

Hadisə | 13:13 • 17 İyul 2018
Qayınanasını qətlə yetirən şəxs 19 il azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. İbrahimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Cavad İbrahimovun qayınanası Nigar Niftəliyeva ilə problemləri yaranıb. Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qayınanasını dəfələrlə döyüb. Bir neçə dəfə Nigar Niftəliyeva huşunu itirib. Sonuncu dəfə isə Cavad İbrahimov bu ilin yanvar ayında yaşadıqları Yasamal rayonunda qayınanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyüb. Aldığı zərbələrdən yerə yıxılan Nigar Niftəliyeva ölüb. (APA)

Xəbər lenti