Xəzər Xəbər

Türkiyə terrorçulara daha bir ağır zərbə vurub

Dünya | 16:38 • 16 İyul 2018
Türkiyə terrorçulara daha bir ağır zərbə vurub

Türkiyənin təhlükəsizlik qüvvələri iyulun 9-dan 16-dək ölkə ərazisində cinayətkar qruplara qarşı 1950 əməliyyat həyata keçirib.


Xezerxeber.az Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, əməliyyatlar nəticəsində terrorçuluqda iştirakda, onu dəstəkləmə və təbliğdə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən 4292 nəfər həbs olunub.


Ölkə daxilində həyata keçirilmiş antiterror əməliyyatlarında 53 terrorçu zərərsizləşdirilib. Onlardan 37-si məhv edilib, səkkizi təslim olub, səkkizi isə yaralı halda ələ keçirilib.

Xəbər lenti