Xəzər Xəbər

Tovuzda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb - FOTO

Hadisə | 09:39 • 16 İyul 2018
Tovuzda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb -

Tovuz rayonunda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.


DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, iyulun 15-də rayonun Avaztəpə kənd sakini, 60 yaşlı Lətifə İsmayılova bədənin müxtəlif nahiyələrinin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

L. İsmayılovanın həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyev Mahir Bəbir oğlu tərəfindən bıçaqlandığı məlum olub. M. Əliyev saxlanılıb. Məlumata görə, M. Əliyev əvvəllər adam öldürməyə görə məhkumlu həyatı yaşayıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti