Xəzər Xəbər

AŞB-da atışma: yaralı polislər var

Dünya | 09:34 • 16 İyul 2018
AŞB-da atışma:

ABŞ-ın Kanzas-Siti ştatında atışma olub.


Trend-in ABC-yə istinadən verdiyi məlumata əsasən, atışma törətməkdə şübhəli bilinən şəxs öldürülüb. Qeyd olunur ki, hadisə nəticəsində daha 3 polis əməkdaşı yaralanıb.


Adı açıqlanmayan kişini universitet tələbəsini öldürdüyünə görə axtarırdılar. Hadisədən sonra cinayətkar mehmanxana binasında barrikada qurub, daha sonra yaşayış evinə keçməyə nail olub.


Cinayətkar oradan da atəş açaraq daha bir polis əməkdaşını yaralayıb. Nəticədə, o güllələnib. Yaralı polislər xəstəxanaya yerləşdirilib.

Xəbər lenti