Xəzər Xəbər

Daşkəsəndə təbii fəlakət: Körpü və evlər uçdu, maşınları su apardı - VİDEO

Veb TV | 20:57 • 25 İyun 2018
Daşkəsəndə təbii fəlakət:

Daşkəsəndə yağan güclü yağış təsirli olub. Yaranmış sel suları fərdi yaşayış evlərinə, şəxsi təsərrüfatlara, sosial obyektlərə ciddi ziyan vurub. Hətta bəzi kəndlərdə avtomobilləri də su aparıb. Təbii fəlakətlə bağlı qərargah yaradılıb, hadisə yerlərinə baxış keçirilib.

Təsərrüfatlara ziyan dəyib,körpülər uçub. Güclü yağışlardan sonra yaranan sel Daşkəsəndə fəsadlar törədib.

Ötən gün axşam saatlarında başlayan güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və əkin sahələrinə, avtomobillərinə, ərazidə olan sosial obyektlərə ciddi ziyan vurub.

Rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib. Sel suları Xoşbulaq kəndi ərazisində körpünü , bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb, bir çox mənzili su basıb.

Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Baş vermiş hadisə ilə əlaqədar qərargah yaradılıb. aidiyyəti qurumların rəhbərləri ilə birgə hadisə yerlərində baxış keçirilib. Rayon İcra Hakimiyyətindən bildirilib ki,sakinlərə dəymiş ziyanlar qısa müddətdə aradan qaldırılacaq.

Xəbər lenti