Xəzər Xəbər

Bağçada körpənin üzünə dağ basılıb? - HADİSƏNİN TƏFƏRRÜATI - VİDEO

Veb TV | 18:57 • 23 İyun 2018
Bağçada körpənin üzünə dağ basılıb? -

Gəncədə bağçada bir yaş altı aylıq uşağın üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, valideyn üzündə xəsarət izləri olan uşağının şəkillərini sosial şəbəkədə paylaşıb. O iddia edib ki, Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında işləyən Gülnarə adlı müəllimə övladı - 1 yaş 6 aylıq Saranın üzünə dağ basıb.

Valideyn uşağın bu halını paylaşandan sonra bütün diqqətlər həmin bağçaya yönəlib. 31 saylı bağçanın müdiri Günay İsmayılova bildirib ki, dağ basılması iddiası yalandır. Körpələr qrupunda olan azyaşlı Hüseyn Əliyev Sara Mustafazadəni üzündən dişləyib.

Xəstəxanadan da bildirilib ki, azyaşlının üzündəki xəsarət dişləmə izidir.

Sonradan valideyn özü də uşağının üzünün dişləndiyini təsdiqləyib.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Sara İsmayılovanın xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar. Eyni zamanda, bağçanın müdiri Günay İsmayılovaya töhmət elan olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti