Xəzər Xəbər

Neftçalada 62 ədəd çətənə kolu aşkar edilib - FOTO

Region | 11:21 • 22 İyun 2018
Neftçalada 62 ədəd çətənə kolu aşkar edilib -

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qədimkənd kənd sakini Zöhrab Hüseynov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən Qədimkənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Xəbər lenti